​“Azərbaycan cinsi azlıqların hüquqlarının ən pis vəziyyətdə olduğu ölkədir” – ŞOK HESABAT: “Transgender şəxslər ölkədə cinsiyyətlərini dəyişə bilmirlər...”

Baxış sayı:
3616

Demokratik Təşəbbüslər İnstitutunun ekspertlər qrupu (İDİ) "Azərbaycanda LGBT hüquqları" başlıqlı hesabat yayıb. Hesabatda bu sahədə olan problemlər, mövcud qanunvericilikdəki çatışmazlıqlar və problemin həllinə dair təkliflər yer alıb. Hesabatın icmalında qeyd olunur ki, Beynəlxalq Lezbiyan, Gey, Biseksual, Trans və İnterseks Assosasiyası (ILGA) 2018-ci ildəki problemlərlə bağlı açıqlama yayıb. Açıqlamada deyilir ki, Azərbaycan Avropada LGBT+ fərdlərinin həyat şəraiti və hüquqlarının ən pis vəziyyətdə olduğu ölkədir və LGBT+ cəmiyyəti hələ də ifadə, birləşmək və ifadə azadlığından tam istifadə edə bilmirlər: "Qeydiyyatdan keçmiş LGBT+ qeyri-hökumət təşkilatı mövcud deyil. Eyni zamanda LGBT+ fərdləri təhsil, məşğulluq, hərbi xidmət məsələlərində ciddi şəkildə diskriminasiya və ictimai qınaq ilə üzləşirlərlər. Xüsusilə, transgender şəxslər ölkədə cinsiyyətlərini dəyişə bilmirlər və lazımı hormonal müalicəni almaq imkanından məhrumdurlar. Bu hal isə onların iş imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır". ILGA hesab edir ki, LGBT+ fərdləri nə cəmiyyət nə də ki ailə daxilində qəbul olunurlar: "Onlar ailə üzvlərinin qınaq və şiddətindən qorxduqları üçün ağır psixoloji travmalar altında ikili həyat yaşamağa, çox vaxt isə "normallaşdırma" adı altından digər cinsdən biriylə evlənməyə məcbur olurlar. Cəmiyyət içində tam maariflənmə yoxdur. Əksər post-sovet ölkələrində olduğu kimi, Azərbaycanda da homoseksualizm çox problematik bir məsələdir"./Turan