"AZƏRBAYCAN BAYRAĞININ ORADAN ÇIXARILMASI BİZİ ÇOX ÜZDÜ” – Mübariz Mənsimov

 “Palmali” Holdinqin İdarə Heyətinin sədri Mübariz Mansimov  yeni gəmi donanmasını Türkiyədə sifariş və bu məqsədlə yaxın zamanda  tender elan edəcəklərini açıqlayıb.
 
DHA-nın suallarını cavablandıran Mansimov, yeni gəmi donanmasının Türkiyədə düzəltdirəcəklərini bildirərək, "İnvestisiya xərclərimizdə bir ləngimə söz mövzusu deyil. Hər ötən il daha da böyüməyə davam edirik" deyib və əlavə edib:
 “Gəmi donanmamızı yeniləməyə başladıq. Bizim əsas işimiz gəmiçilikdir. Heç bir zaman gəmiçiliyə qoyduğumuz investisiyalardan daha çox vəsait digər sektorlara qoyulmur. Bu, bizim əsas işimizdir. Mən dənizçiyəm. Sadəcə, turizm sektorunda bir az yavaşlamalar var.
Amma digər sektorlarda tam olaraq fəaliyyətimizi davam etdiririk. Yeni gəmilər sifariş edirik.
Bu gəmilər yaxın zamanda Türkiyədə düzəldilməsinə başlanacaq . Bu məqsədlə yaxın zamanda da tender elan edəcəyik.
Rusyanın aparıcı şirkətlərindən olan “Yug Rusiya” ilə 10 illik bir müqavilə imzaladıq.
Bu şirkət Rusiya bazarının buğda sektorunda 60 faizlik bir hissəsinə hakimdir.
Sadəcə buğda deyil, eyni zamanda günəbaxan və kənd təsərrüfatı sahəsində bir çox istehsalı var.
Bu müqavilədən sonra, ən azı 15 dənə daha quru yük gəmisi sifariş etdik. Layihə yekunlaşma mərhələsindədir.
Biz bu yükləri daşıyacağıq. Biz hazırda əsas işimiz olan gəmiçiliyə fokuslanmışıq.
İndiki anda gəmi qiymətləri bazar dəyərinin altındadır. Bu indiki zaman üçün geçiçi bir haldır.
Biz bunu fürsət olaraq dəyərləndirib, donanmamızı cavanlaşdıracağıq. Bütövlükdə 3.5 milyard dollardan çox investisiyalarımız var".
Sözlərini, "Biz əsas işimizlə bağlı olan hər bir sektoru dəyərləndirir və böyüməyi hədəf seçirik" deyə davam edən Mənsimov, "Hazırda iki dünya nəhəngi olan beynəlxalq şirkətlə görüşürük. Neft nəqli ilə paralel, artıq qaz daşınmasında da böyüməyi düşünürük. Bu nəhəng şirkətlərdən biri Amerika, digəri isə Avropa ölkəsidir. Onlarla müqaviləni də bu ilin sonuna qədər bitirəcəyik. Tenderdə sona qalan iki şirkətdən biriyik. Bu ilin sonu dəvət edilməyi gözləyirik" deyə əlavə edib.
 Mənsimov, "Son beş ildə iqtisadi olaraq sizi məcbur edən nə oldu"? sualına da, "Bütün dünyadakı şirkətlər kimi, qlobal böhran, Afrika dövlətlərindəki qarışıqlıq, dənizçilik bazarlarına da təsir etdi. Ancaq biz bu böhranı Qaradəniz və Baltik dənizindəki daşımalarla minimum səviyyəyə endirə bildik" deyə cavab verib və bu məsələləri vurğulayıb:
“Palmarina”nın bizim Türkiyəyə etdiyimiz ən yaxşı sərmayələrdən biri olduğunu hesab edirəm. Təkcə şirkət üçün deyil, eyni zamanda Türkiyə xalqı üçün də yaxşı bir məkan, yaxşı bir marka olduğunu düşünürəm.
 Fəaliyyətinə gəlincə, hazırda işlədənləri uğursuz kimi qiymətləndirirəm. Çünki bunlar rahat pul qazanıb, iş görməyə alışan insanlardır.
Həyatda heç bir şeyi öz əməklərini sərf edərək qazanmış insanlar deyil bunlar. Əməyin dəyərini dərk etmədikləri üçün fəaliyyət mentalitelerinin də sıfır olduğunu düşünürəm.
Azərbaycan bayrağını oradan çıxartdılar. Bu çox kədərli hadisədir. Bir məkanı Azərbaycanlılar işlədirlər və oradan Azərbaycan bayrağını çıxardırlar.
Bunu mənə məlumat verən insanlar da Türkiyəli qardaşlarımdır. Mən də hadisəyə dərhal müdaxilə etdim və bayrağımızı yenidən oraya asdırdım.
Marinanın fəaliyyətini də hüquq yolu ilə yenidən alacağıq. Bu, Palmalinin keçmiş rəhbərlərinin səhv etdikləri bir müqavilədir".
Mənsimov, ana vətəni olan Azərbaycana investisiya edərkən heç vaxt mənfəət düşünmədiyini bildirərək, "Mən Azərbaycanın lideri Heydər Əliyevin əsgəriyəm. Məni Rusiyaya hərbçi olaraq göndərən Heydər Əliyevdir. Hazırkı iş dünyamda nailiyyətlərin bir çoxunu ona borcluyam" deyib və əlavə edib:
“Bugün Azərbaycan dünya arenasında bu qədər söz sahibinə çevrilibsə, əvvəl Heydər Əliyev, ardınca indiki prezidentimiz baş komandanımız İlham Əliyevin sayəsindədir.
Azərbaycanda investisiya olaraq” Palmalife Otel”, “Pal Süd” kimi investisiyalarımız var. Buralarda minlərlə adam çörək yeyir.
Azərbaycanda son iki ildə reallaşan devalvasiyalarda mən bizim məhsullarımızın heç birinə qiymət artımı etdirməmişəm.
Və hər ay İstanbuldan Bakıdakı zavoda bir milyon dollara yaxın cibimdən pul göndərirəm.
Fabrika zərər etsə də, orada çalışanlar və ailələrinin duaları bizə kifayətdir. Mən bir iş adamı kimi hər zaman milli, mənəvi dəyərləri daha üstün tuturam.
Orası mənim məmləkətimdir. Oranın insanına nə qədər faydam toxunursa, mən o qədər xoşbəxt olaram.
Keçmişdə xalqımızla olan sevgimizi qısqanan insanlar oldu. Amma xalq anında onlara lazım olan cavabı verdi.
Nədir-nədir, “biz Palmali şirkəti Azərbaycanda işcilərin maaşlarını gecikdirmirik” kimi xəbərlər dərc olunub mətbuatda. Bunları araşdırdıq, orada toplanıb, etiraz edənlərin heç biri bizim işçimiz deyil.
Hamısı kənardan quraşdırılmış bir oyun cıxdıı. Bu cür şeylər bizim xalqımızla aramıza girə bilməz".
Müxalifət.az