AZƏR HƏSRƏTDƏN ŞOK ETİRAFLAR - O, Əli Həsənovun “torllar ordusu”nun rəhbəri olduğunu nə üçün etiraf etdi?..

Baxış sayı:
6643

“Wikipediya”da özünü hamıya “Azərbaycanın əməkdar jurnalisti”, “hüquq müdafiəçisi” kimi təqdim edən, amma cəmiyyətdə daha çox müxtəlif məmurlara yarınmağı ilə tanınan Azər Həsrət dünən özünün daha bir epitetini açıqlayıb. Deyib ki, “mən həm də Trolam. Özü də elə belə trol yox, lap Trol- Başıyam”. Özü belə deyib. Onu da deyib ki, “elə bilərsiz müstəqil trol zadam, xeyr, mən Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun trolu və onun trollarının başıyam”. Bu şanlı “vəzifəsi”nin mahiyyətinin də nə az, nə çox dövlət naminə mübarizə olduğunu bildirib. Yəni adam Prezidenti, onun yaxınlarını, dövləti söyənlərə qarşı mübarizə aparır, radikal müxalifətə, söyüşçü güruha, qarayaxan mühacir kanallarına, Azərbaycanı kompromatlar dalğası ilə sarsıtmağa çalışan xarici təsir agentlərinə düşmən kəsilib. Belə desək, Əli Kərimli, Qurban Məmmədov, Natiq Adilov, Sevinc Osmanqızı, Qənimət Zahid və başqalarına qarşı. Özü də gizlin yox, açıq, öz adı ilə, mərdcəsinə... Və bu adamlar xaricdə olduqlarından, onlarla internetdə, virtual trollar ordusunun cəngavəri kimi mübarizə aparıb. Əla! Amma... İl 2017, sentyabr ayı. Əli Həsənovun trollar ordusuna şıdırğı pullar sildirdiyi vaxtlar və bu maliyyə yağışından bolluca qidalanan, dövlət xainlərinin amansız düşməni trolbaşı Azər Həsrət Varşavaya ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun illik toplantısına səfər edir. Və elə həmin iclasda anidən qarşısına bunun amansızcasına mübarizə apardığı düşməni Qənimət Zahid çıxır. Amansız mübariz trolbaşı sizcə nə edir? Elə iclas zamanı beynəlxalq aləm qarşısında Qənimət Zahidin qarayaxma siyasətini ifşamı etməyə başlayır? Xeyr, zatən, bunu etmək üçün nə trolların, nə oların başının, nə də onları yonub düzəldən Papa Karlolarının heç zaman xarici dil biliyi də olmayıb. Bəlkə trolbaşı Əli Həsənovun ona aşıladığı şantajçı mühacirlərə qarşı nifrətini cilovlamayıb, Q. Zahidin üstünə şığıyıb? Xeyr. Bəlkə Ə.Həsənovun vaxtilə elə özünə qarşı tətbiq etdiyi tərbiyələndirmə üslübu ilə Q.Zahidi dövlətə düşmən mövqeyindən daşındırmaq istəyib? Əsla... Trolbaşı düz “düşmən”in üstünə yeriyib və... onunla mehribancasına hal-əhval edib. Sonra da oturub naməlum mövzuda söhbət edib. İşləri ilə maraqlanıb. Şəkil çəkdirib. Sonda isə Azərbaycana dəvət edib. Və bu, o il və hətta o aylardır ki, Qənimət Zahid “Turan TV” vasitəsi ilə artıq çoxdan, trolbaşının şefi Ə.Həsənovun ifadəsi ilə desək, “radikal müxalifət və qarayaxma fəaliyyəti”ni həyata keçirir. Yəni bizim trolbaşımızın qeyd etdiyi əsas “düşmənlərindəndir”. İndi isə lirikanı kənara qoyaq. Alınan məlumatlara görə, hamisi Əli Həsənovun vasitəsi ilə hakimiyəttin ətrafına soxulmuş, özünü trolbaşı adlandıran Azər Həsrət hakimiyyətin daxili mətbəxində olan məlumatları mütəmadi olaraq, elə Varşava görüşü də daxil, Qənimət Zahidə ötürürmüş, sızmalar təşkil edirmiş. Qənimət Zahid isə bu məlumatları nuşi-canla “yeyib” həzm etmiş və onlardan hakmiyyətə qarşı kompromat kimi istifadə edirmiş. “Turan TV”-nin o zamankı arxivlərinə nəzər salsaq görərik ki, həmin Varşava görüşündən sonra Qənimət Zahidin demək olar, bütün verilişlərində səsləndirdiyi, yalnız hakimiyyətin yuxarı eşelonlarında ola biləcək kifayət qədər geniş məlumatların sızması bu informasiyaların hakimiyyətə yaxın mənbələrdən ötürülməsini təsdiqləyir. Məhz bu “ekskluziv” xəbərlər sayəsində Qənimət Zahidin verilişləri geniş auditoriya toplaya bilir, sonra bu məlumatların ətrafına özünəməxsus əlavələr edərək, tamaşaçılarda hakimiyyətə nifrət yaratmağa çalışırdı. Bu görüşü orda olan Azərbaycan səfirliyi əməkdaşlarının da gördüyünün fərqinə varan Azər Həsrət isə ölkəyə qayıdan kimi, tələsik bunu öz blogunda “günahsız bir görüş” kimi qələmə verib, gözdən pərdə asmağa çalışır. Bütün bunlar isə bir nəfərə sərf edirdi. Dövlət rəhbərliyi qarşısında “düşmənlər üstümüzə gəlir”, “ideoloji mübarizəni gücləndirmək lazımdır”, “bu mübarizəni də təkcə mən təşkil edə bilərəm” hay-küyü salıb, trollar ordusu saxlamq üçün dövlətin külli-miqdarda pulunu mənimsəyən Əli Həsənova. Düzdür, sıravi trollara bu puldan qəpik-quruş çatırdı, amma Azər Həsrət kimi bu vəsaiti geninə-boluna mənimsəyən trolbaşların damağında o pulların dadı hələ də qalıb. Düşmənləri ilə guya “qorxmazlıqla” mübarizə apardığı kimi, bu gün də Əli Həsənovu “qorxmazlıqla” müdafiə edən Azər Həsrətin “qorxmazlığının” da kökündə bu durur – trolluq dövrünə aid qaranlıq keçmişinin ifşası qorxusu. Bütün yediyi, sildiyi pullar bir tərəfə, sızdırdığı məlumatlar haqda paket sənədlər hələ də Əli Həsənovun əlindədir. Digər tərəfdən, Əli Həsənova burdan mesaj da var: “Əgər bu dəfə şəxsən sizin müdafiəniz üçün eyni pullar gələcəksə - mən burdayam, hazıram”. Amma bu dəfə keçməz. Dövlətin kimin nə işlə məşğul olduğunu bilməsi, elə prezidentin Əli Həsənov haqda veridyi qərardan da bəllidir. Muxalifet.az P.S. Daxil olan digər mötəbər məlumatlara görə, Ə. Həsənovun dövlət vəsaiti hesabına maliyyələşən trol şəbəkəsinə onun keçmiş şöbəsinin qalıqlarından yenə də tapşırıqlar getməkdə davam edir. Özü də yalnız bir istiqamətdə - Ə. Həsənovun fəaliyyətini ifşa edən yazı və yazılara qarşı əks-hücuma keçmək tapşırığı. Tapşırıq varsa, deməli arxasında maliyyələşmə də var. P.P.S. Marqlidir ki, az əvvəl Azər Həsrət özünü sığortalamaq məqsədilə “Yeni Müsavat” qəzetində “Beyinsizlər növbəti dəfə toruma düşdülər” sərlövhəli yazı yazıb. Lakin bizə bəlli olmayan səbəblərdən həmin yazı sonradan saytdan silinib...