Azad Rəhimovun Bakıya gətirilməsi ilə bağlı açıqlama - YENİLƏNDİ

Baxış sayı:
464

Gənclər və İdman Nazirliyi nazir Azad Rəhimovun Bakıya gətirilərək özəl xəstəxanalardan birində süni nəfəs aparatına qoşulması ilə bağlı bəzi saytlarda yayılan xəbərlərə aydınlıq gətirib.

APA xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Səmayə Məmmədova “Facebook” səhifəsində məlumat psylsşıb.

“Hörmətli media nümayəndələri, bəzi saytlarda nazir Azad Rəhimovun Bakıya gətirilərək özəl xəstəxanalardan birində süni nəfəs aparatına qoşulması ilə bağlı yazılan xəbər yanlışdır. Azad müəllimin vəziyyəti ağır olaraq qalır. ABŞ-dadır”, - S.Məmmədova belə yazıb. 

***

Bir müddətdir ABŞ-da müalicə alan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Bakıya gətirilib.

“Qafqazinfo”nun məlumatına görə, 56 yaşlı nazir paytaxtda özəl xəstəxanalardan birinə yerləşdirilib. Koma vəziyyətində olan Azad Rəhimov süni nəfəs aparatına qoşulub.

Qeyd edək ki, ağciyər xərçəngi və qaraciyər serrozundan əziyyət çəkən nazir, yanvar ayında müalicə olunmaq üçün ABŞ-a yollanmışdı.