Avropa İttifaqının "Şərq tərəfdaşlığı" sammitinin Bəyannaməsi qəbul olundu - MƏTN AÇIQLANACAQ
24-11-2017 17:23
Avropa İttifaqının "Şərq tərəfdaşlığı" sammitinin yekun Bəyannaməsi qəbul olunub.
Muxalifət.az apa-ya istinadən xəbər verir ki, bəyannamə "Şərq tərəfdaşlığı" ölkələri və Aİ-yə üzv ölkələrdən olan bütün nümayəndə heyətlərinin rəhbərləri tərəfindən təsdiqlənib.
Bəyannamənin mətni yaxın dəqiqələrdə açıqlanacaq.
Qeyd edək ki, sammitdə prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir.