Atatürkün evinə hücum olub – Ankaradan Yunanıstana etiraz

Baxış sayı:
11497

Yunanıstanın Selanik şəhərində Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün evinə hücum olub.

Strateq.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy məlumat verib.

O bildirib ki, hadisə bu gün baş verib.

Belə ki, bir qrup anarxist Atatürkün evinin yaxınlığında aksiya keçirməyə cəhd edib: “Türk milləti üçün son dərəcə yüksək mənəvi dəyər olan “Atatürk Evi”nə zərər vura bilməyiblər. Yunanıstan polisi bunun qarşısını alıb. Yunanıstan rəsmilərindən tələbimiz dəyərlərimizi təhqir edənlərin cəzalandırılmasıdır”.