​Atası ilə vidalaşıb, küçəyə ÇIXDI: 1 dəqiqə sonra isə... - Video

Baxış sayı:
12397

Atasına baş çəkməyə gələn 42 yaşlı kişi faciəvi şəkildə ölüb. Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Braziliyanın Ubatuba şəhərində baş verib. Atasına baş çəkməyə gələn oğul qəhvə içdikdən sonra evi tərk edib. Bağ qapısından çıxar-çıxmaz onun üzərinə qəzaya uğrayan helikopter düşüb və o hadisə yerindəcə keçinib. Helikopterdə olan pilot və ər-arvad qəza zamanı yüngül xəsarətlər alıblar. Hadisə ilə bağlı araşdırma aparılır.