"ARİF SEYİDOVUN RAHATLIQLA GETMƏSİNƏ İMKAN VERMƏYİN..." - Göygöl sakinindən prezidentə müraciət

Baxış sayı:
2476

Göygöl rayon sakini Məmmədov Şahin Şakir oğlu tərəfindən Hurriyyet.org-un redaksiyasına şikayət məktubu daxil olub. 2016-cı il aprel döyüşlərinin iştirakçısı olduğunu bildirən şikayətçi ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb:
"Cənab Prezident!

Sizə təşəkkür edirəm ki, Göygölün başçısını işdən azad etdiniz. 
Mən Məmmədov Şahin Şakir oğluyam, 2016-cı il aprel döyüşlərinin iştirakçısıyam. Fəxri Fərmanla təltif edilmişəm.  Ehtiyatda olan baş leytenantam. AMVİB-nin Göygöl şöbəsinin üzvüyəm. Müəllim işləyirəm. Sizdən bir tək xahişim var. 
Xahiş edirəm Baş Prokuror Kamran Əsədova tapşırıq verin ki, Arif Seyidovun qanunsuz əməllərini araşdırsınlar. Ona belə rahatlıqla getmək yoxdur, həbs olunmalıdır. Aşağıdakı malın-mülkün hesabını verməlidir. Ən əsası mənə qarşı 2014-cü ildə etdiyi hərəkətin hesabını verməlidir. Hünəri də varsa, verməsin... 
14 ildir Göygölə ağalıq edən, icra başçısı Arif Akif oğlu Seyidov həbs olunan Vilyam Hacıyevin yerlisi və ən yaxın dostudur, odur ki, elə onun yanına, həbsxanaya getməlidir. Çünki "otkat"dan tutmuş, xalqa çatacaq kartlara qədər, örüş sahələrinin zəbti, hektarlarla torpaq işğalı filan, Göygöl əhalisinə qan udurub, xalqın cibinə girib. Onun mənə bəlli olan ailə varidatını sizinlə bölüşüm, siz də  tədbir görün:
▪️Göygöl şəhəri, Hummel, ev 69A ünvanında mənzil
▪️Göygöl şəhəri, Səbuhi Hacıyev, ev 112 ünvanında mənzil
▪️Göygöl rayonu, Aşıqlı kəndində villa,
▪️Göygöl rayonu, Toğanalı kəndində dəbdəbəli bağ evi
▪️Göygöl rayonu, Aşıqlı kəndində daha bir mənzil
▪️Rayonun Hacıkənd və Mixaylovka kəndlərində növbəti mənzillər
▪️Göygöl rayonunda qardaşı Maarifin idarə etdiyi mal-qara ferması
▪️Göygöl xəstəxanasının qarşısında olan aptek
▪️Göygöl, Topal Həsənli kəndində "Qala Dibi" restoranı
▪️Göygöl rayonunda Məkan çay evi,
▪️Göygöl rayonunda Elit çay evi,
▪️Daşkəsəndə və Göygöldə torpaq sahələri və yaylaq yerləri.
▪️Gəncə çayı hövzəsində üç iri gölü
▪️Qardaşına və özünə məxsus mal-qara fermaları
▪️Göygöldə olan Əminə marketin şərikliyi
▪️Köhnə Koroğlu mehmanxanası, əvvəl yandırdı sonra özü sahibləndi.
▪️Göygöl şəhəri köhnə poliklinika binası
▪️Göygöl şəhəri köhnə uşaq bağçası
▪️Göygöl şəhəri köhnə evlər idarəsi
▪️Azyaşlı oğlu Samirin sürdüyü Mercedes-Benz Geländewagen (010)
▪️25-BD-005 dövlət nişanlı Niva markalı maşın
▪️BMW markalı avtomobil
▪️Qardaşı Maarifin adına "Bulaq" Sahibkar Müəssisəsi MMC
▪️Aşıqlı kəndində 2 hektardan artıq fərdi ev tikintisi üçün torpaq sahəsi
▪️Şəhərin özündə yaxın qohumlarının əldə etdiyi 50-dən artıq torpaq sahələri
▪️Aşıqlı, Mixaylovka və Toğanalı hektarlarla torpaq sahələri, iaşə obyektləri və mənzilləri mövcuddur.
▪️Oğlu Sabir Seyidov DİN-in inzibati xətalar üzrə inspektorudur. Bakıda mənzil və mülkləri var.
Cənab Prezident!
Sizdən xahiş edirəm, Arif Seyidovun belə rahatlıqla getməsinə imkan verməyin. Verməyin ki, digərlərinə görk olsun. Verməyin ki, korrupsiyaya qarşı apardığınız bu mübarizə uğurla yekunlaşsın".
Hurriyyet.org
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.