Aqşin Fateh xəyanətə görə ailəsi dağılan meyxanaçını MÜDAFİƏ ETDİ

Baxış sayı:
17208

Meyxanaçı Aqşin Fateh bir müddət öncə ailəsi dağıldığı deyilən həmkarı Orxan Lökbatanlıdan danışıb. Muxalifet.az lent.az-a istinadən bildirir ki, söz ustası "Hər şey daxil" verilişində bildirib ki, O.Lökbatanlı barəsində yazılanlar həqiqəti əks etdirmir: "Saytlarda hər şey yazıla bilər. Amma hər yazılanı da təsdiq etmədən danışmaq olmaz. Bir neçə gün öncə Orxanla şəxsən görüşdük. Soruşdum ki, nə məsələdir? Deyir ki, məclisdə min adam yanımızda olur, şəkil çəkdirmək üçün yaxınlaşırlar. Birinin zəri, birinin üz kremi köynəyə düşür. Yəni xəbərlər yalandır. Onunla şəkil çəkdirən qıza demək istəyirəm ki, çıxıb "Orxanla sevgiliyəm" deməyinin məqsədi nədir? Orxan evli adamdır. Kiminsə ailəsini dağıdırsan. Günah Orxandadır ki, bir qızı klipinə çəkir, onunla münasibətə girir. Mən də klipimə qızlar dəvət edirəm, amma onlarla şərt kəsirəm. İndi Orxan nə etsin ki, qarşısına elə adam çıxıb". Verilişin aparıcısı Tolik (Tarix Əliyev) isə Aqşinin sözlərini yarımçıq kəsib: "Od olmayan yerdən tüstü çıxmaz. Mənim Orxan Lökbatanlıya hörmətim var. Amma Orxanın həyat yoldaşı ilə telefonda danışmışam. İstəsəydim, o xanımı efirimə qoşardım. Çünki xanımın özü mənə zəng elədi ki, efirə qoşulmaq istəmir. Əlimdə olan faktları ortalığa qoya bilərdim. Orxan mənə nəsə deyə bilməz". Qeyd edək ki, Orxanın həyat yoldaşı mətbuata açıqlamasında ərinin model Aysu Bədəlzadə ilə sevgili olduğunu demişdi: "Orxanın daha öncə də bir qadınla münasibəti var idi. Həmin qadın mənə yazdı. Mən də ayrılmaq istədim, sonra oğluma görə barışdım. Oğlumun 5 yaşı var. 1 aydır ki, atasının ailəsindən xəbəri yoxdur. Oğlu nə yedi, nə içdi, dərsə getdi, ya getmədi, xəbərsizdir. Öz övladına belə münasibət bəsləyən insan mənə lazım deyil. Bir kişi ki, ailəsini, 5 yaşlı uşağını hansısa küçə pozğununa dəyişibsə, ondan nə ata, nə həyat yoldaşı olar. Biz Orxanı silmişik, bizim üçün öldü. Boşanmaq üçün məhkəməyə müraciət etmişəm, yaxın günlərdə proses başlayacaq. Onsuz da onun üçün fərqi yoxdur". Onu da əlavə edək ki, model Aysu Bədəlzadə ATV telekanalında yayımlanan "Dəb Mənəm" verilişi ilə məşhurlaşıb.