Ankara son qərarını BƏYAN ETDİ: "Sülh çeşməsi" əməliyyatı...

Baxış sayı:
19978

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın hökumət toplantısından sonra Suriyada həyata keçirilən “Sülh çeşməsi” əməliyyatı ilə əlaqədar açıqlamalar verib. Muxalifet.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Kalın əməliyyatla əlaqədar Türkiyəni ləkələməyə çalışanların Suriyadakı maşaları mövqe itirdiyi üçün qəzəbli, hirsli və komik vəziyyətə düşdüklərini bildirib. Prezidentin sözçüsü əməliyyatın başlanması ilə bir çox oyunun pozulduğunu deyib. “PKK beynəlxalq güclərin istifadə etdiyi bir vasitədir. Sanksiya təhdidləri, qınaqlar bizi haqlı davamızdan çəkindirməyəcək. Əməliyyat hədəflərinə çatana qədər sürətini azaltmadan davam edəcək”, - o söyləyib. İbrahim Kalın həmçinin İŞİD-ə qarşı mübarizənin zəifləməyəcəyini vurğulayıb. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu oktyabrın 9-dan Suriyanın şimalında PKK/YPG/PYD terror təşkilatına qarşı əməliyyat keçirir.