AMERİKANIN ƏN MƏLUMATLI ŞƏXSİNİ KİM ÖLDÜRDÜ? – Bütün xüsusi xidmət qurumları Epşteynin "qara qutusu" sayılan bu qadını axtarırlar - ARAŞDIRMA

Baxış sayı:
11194

Ərgün Dilər “Takvim”, Türkiyə, 15 avqust 2019-cu il Öncə yazdıqlarıma buraxdığım yerdən davam edək. Böyük hadisəni tərk etməyək, arxasınca gedək. Dünyanın ən önəmli qəzetləri, televiziyaları Cefri Epşteynin intihar etməsindən bəhs edir. Dünyada medianı idarə edənlərin böyük güc olduğunu anlatmağa ehtiyac yoxdur. Ancaq nə CNN, nə FOX, nə də “The New York Times” Cefri Epşteyn haqqında canalıcı sualı vermir. Burada soruşulması lazım olan tək bir sual var: Cefri Epşteyni kim öldürdü? Epşteyn dünyanın ən güclü adamlarından biri idi. Bir çox ABŞ prezidentilə yaxın idi. Ancaq Klinton ailəsilə çox özəl bir dostluğu vardı. Onun bir neçə dəfə həbs olunmasına mane olan şəxs Bill Klinton idi. Ancaq Klinton bunu onu çox sevdiyi üçün etmirdi. Epşteyn, Klintonların əslində təmiz, dürüst olmadığını sübut edən görüntülərə sahib olduğu üçün çox güclü idi. Yəni, nəzarət oluna bilən şəxsləri ABŞ prezidenti edirdilər. İndi gələk Vaşinqtonun dərinliklərində danışılanlara… Önəmli olan iki ssenari pıçıltı ilə danışılmaqdadır. Öncəlikli olan ssenari Cefri Epşteynin ölüm əmrinin Bill və Hillari Klinton tərəfindən verilməsidir. Çünki danışacağını bilirdirlər. Hətta Epşteyn bunu onlara açıq şəkildə çatdırmışdı. Klinton ailəsi onu içəridən çıxara bilməyəcəyini anlayınca, əməliyyat əmrini verdi. Vaşinqtonun çox önəmli nöqtələrində bu iddia haqqında danışılır. Cefri Epşteynin ölümünün Pentaqonda narahatlığa səbəb olduğunu nəzərə alsaq, Vaşinqtonun bu güc mərkəzinin sui-qəsddə iştirak etmədiyi aydın olar. Onu da qeyd edək ki, Cefri Epşteynin “qara qutusu” indi Pentaqon tərəfindən 50 əyalətdə qapı-qapı axtarılır. Bu “qara qutu”nun kim olduğunu açıqlamadan öncə, yaxın keçmişə qısa ekskurs etmək lazımdır. Tarix 4 noyabr 1991-ci ili göstərirdi… O tarixdə dünyanın ən güclü adamlarından biri Robert Maksvell (Robert Maxwell) idi. SSRİ Prezidenti Mixail Qorbaçov, ABŞ Prezidenti Ronald Reyqan və Böyük Britaniya Baş naziri Marqaret Tetçerə istədiyi vaxt çıxa bilən, istədiyi gün onlarla üzbəüz görüşə bilən Robert Maksvellin öldürüldüyü gecəyə getməkdə fayda vardır. O günlərdə hələ cəmi 25 yaşı olan Feliks Saterlə ölümündən sadəcə 24 saat öncə bir araya gələn Robert Maksvell, öz yerinə onu seçdiyini söyləmişdi. Feliks Sater, həqiqətən də, özəl bir adam idi. Xatırlayırsınızsa, bunu dəfələrlə xüsusi qeyd etmişdim. İllərlə “Mossad”a işləyən Robert Maksvell, qızı Jisleni Feliks Saterə əmanət etdi. Jislen Maksvell o andan etibarən Feliks Saterlə işləməyə başladı. Robert Maksvell, qızının adını daşıyan “Lady Ghislaine” yaxtası ilə öldürüləcəyi Cəbəllütariqə getdi və “Mossad”tərəfindən öldürüldü. Robert Maksvell üçün təşkil edilən dəfn mərasimində Feliks Sater Jislen Maksvellin yanında idi. O mərasimdən sonra Feliks Saterin görüşdüyü şəxs isə gələcəkdə Rusiya prezidenti olacaq KQB agenti Vladimir Putin idi. Çox önəmli şəxslərin adını bu siyahıya salmaq yerinə, Cefri Epşteynin “qara qutusu”na gələk. Son 20 ildə daima Epşteynin yanında olan, bəzilərinə görə sevgilisi sayılan, yəni onun “qara qutusu” olan məhz Jislen Maksvell idi. Epşteynlə olan yaxınlığını gizlətmək üçün Robert Maksvellin qızı Jislen Maksvellə “Epşteynə kiçik qız tapan qadın” dedilər. Əslində, durum belə deyildi. FTB-nin Epşteynin Nyu Yorkdakı evinə basqın etməsindən bir gün öncə həmin evdəki bütün sənədləri toplayan şəxs də Jislen Maksvell idi. Hesab edilir ki, hazırda Jislen Maksvell ABŞ prezidentlərini tarixin qaranlıq səhifələrinə dəfn edə biləcək məlumatlarla birlikdə Feliks Saterin qoruması altındadır. Ancaq Feliks Saterin Klinton ailəsinə olan qəzəbinin bu durumda yeni nəticələr doğuracağı da açıqdır. “Bu gün dünyanın ən önəmli şəxsi kimdir?” sualı verilsə, cavab aydındır: məhz Jislen Maksvelldir… Hazırda Jislen Maksvellin harada olduğunu ən çox öyrənmək istəyənlər Böyük Britaniya Kraliçası II Yelizavetanın oğlu şahzadə Endryu, Podesta qardaşları, “Comet Ping Pong” adlı pizza restoranının sahibi Ceyms Alefantis, pizza dükanını böyüdən ər-arvad olaraq göstərilən sabiq ABŞ Prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obamadır. Təbii, bu siyahıya Bill və Hillari Klintonu da əlavə etmək lazımdır. Hələ adı məlum olmayan çox sayda məşhur şəxslər vardır… İndi keçək ikinci ssenariyə. Bu da çox önəmlidir. Jislen Maksvellin adını “Google”a yazdığınız anda, qarşınıza Cefri Epşteynlə birlikdə gördüyü çirkli işlərlə bağlı minlərlə informasiya axını çıxır. Reallıqda olanlar isə fərqlidir… Belə ki, Vaşinqtonda gəzən, özü də ciddi hesab edilən dedi-qodulardan biri Jislen Maksvellin də Cefri Epşteyni öldürmək üçün bəzi görüşlər keçirməsi haqqındadır. Çünki 200-nün adı “Forbes” siyahısında olan ailələrin üzvlərinin kiçik uşaqlarla girdiyi əlaqələrin qeydlərinin Cefri Epşteynin əlindən alınması lazım idi.Jislen Maksvellin bu qeydləri aldığı anda, Cefri Epşteynin öldürülməsinin önünün açılması ehtimalı da yüksək hesab edilir. Çünki Epşteyn ölməmişdən bir neçə gün öncə “New York Presbyterian Hospital”a qaldırıldı. O xəstəxanada Jislen Maksvellə görüşdüyü, mübahisə etdiyi iddia edilir. Onu da qeyd edək ki, həmin xəstəxananın gizli donorları arasında Podesta qardaşları da var. Gizli saxlansa da, belədir. Göründüyü kimi, önümüzdə sonu yazılmamış bir ssenari vardır. Görəsən, işin sonunda MKİ və Pentaqon haradadır? Arxivi tapan heç bilmədiyimiz qədər önəmli olan silahın nəzarətini ələ keçirmiş olacaqdır. Bu arxiv Yer üzündəki nüvə başlıqlı raketlərdən, hətta onların cəmindən belə, daha təsirli, bitirici və məhvedici olan bir silahdır. Onu kim aldı, kimə verdi? Bu, dünyanın gedişatını dəyişdirəcək bir hadisədir. Əhəmiyyət verdiyiniz hər şeyi bir tərəfə atın. Dünyanın damı od tutub yanır… Biri gedəcək! Ya pula, ya da silaha hökm edənlərdən biri böyük bir yara alacaq… Tərcümə Strateq.az-ındır