​Amerikalı basketbolçu mənzilində ölü tapılıb

Baxış sayı:
6277

Fransanın Pro B Liqasında çıxış edən "Nant" klubunun amerikalı müdafiəçisi Cermeyn Marşall öz mənzilində ölü tapılıb.
“Report” "Eurohoops"a istinadən xəbər verir ki, 28 yaşlı basketbolçunun hansı səbəbdən öldüyü hələ məlum deyil.
Hazırda hüquq-mühafizə orqanları futbolçunun ölümü ilə bağlı istintaq tədbirləri həyata keçirir.
Bildirilir ki, klubun qarşıdan gələn oyunu matəm səbəbindən təxirə salınacaq.