AMEA-nın Bayıl sürüşmə zonasında quraşdırdığı aparatı oğurladılar
4-04-2018 17:07
Baxış sayı:
4556
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Bayıl sürüşmə zonasında quraşdırdığı aparatlardan biri oğurlanıb.
Muxalifət.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı mərkəz polisə şikayət edib.
Bu səbəbdən ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının apardığı buruq-qazma işləri yarımçıq dayandırılıb.