ALMANİYADA SÜRGÜN OLUNAN JURNALİSTLƏRLƏ BAĞLI KONFRANS KEÇİRİLDİ – Konfransda Muxalifet.az saytının Baş redaktoru da iştirak edib / Fotolar

Dünən – 16 may 2022-ci il tarixində Almaniyanın Hamburg şəhərində “Exile Media Form” (sürgün olunmuş jurnalistlər) mövzusunda konfrans keçirilib.
Muxalifet.az xəbər portalının Baş redaktoru Günay Əsədovanın da iştirak etdiyi konfransda dünyanın müxtəlif ölkələrindən Avropada siyasi sığınacaq almış jurnalistlər iştirak edib.
Qeyd edək ki, konfransı Hamburg şəhərinin Mədəniyyət və Media naziri Carsten Brosda açmışdır. Mövzu ətrafında geniş çıxış edən nazir hər bir dövlətin inkişafında söz azadlığının mühüm faktor olduğunu bildirmişdir.
Konfrans zamanı sürgün olunmuş jurnalistlərin problemləri, onlara Almaniya hökuməti tərəfindən verilən dəstək və bu kimi məsələlərin həlli yönündə geniş müzakirələr aparılıb.
Onu da qeyd edək ki, konfrans 8 saat davam edib.
Muxalifet.az