İş adamı 9 il müddətinə həbs olundu - BAKIDA
28-03-2018 19:00
Baxış sayı:
7177

Külli miqdarda dələduzluqda təqsirləndirilən iş adamı Ceyhun Canıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Muxalifət.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Ceyhun Canıyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, iş adamı Ceyhun Canıyev Bakıda bir neçə sahibkarı aldatmaqla onlardan külli miqdarda pul alıb.
O, ümumilikdə 12 milyon dollar mənimsəməkdə təqsirləndirilib.




















