Ad gününüz, polis gününüz qutlu olsun! - Türkiyə polisinin 177, İsgəndər Bozqurdun 74 yaşına

10 aprel Azərbaycan BOZQURDları üçün ikiqat qutsal gündür. Düz 177 il qabaq – 1845-ci ildə Türkiyənin Polis Təşkilatı yaranıb, 74 il qabaq 1948-ci ildə İsgəndər Bozqurd doğulub.
İsgəndər bəyi tanıtmağa ehtiyac yoxdur. Kəlbəcərdə Kolanı Məcidin ocağında doğulub, Tərtərdə boya – başa çatıb, Bakıda ölkənin general çinli baş polisi – nazir kürsüsündə , Qarabağda çiynində qumbaraatan ƏSGƏR olub! General çinində ƏSGƏR şərəfi ilə yaşayıb, 2020-ci ilin 26 fevralında ŞƏHİD olub. Üçüncü ildir ad gününü cənnətdə şəhid qardaşları ilə keçirir. Ruhu hər çağ olduğu kimi Şuşada , Kəlbəcərdə, Ağdamda, ...Qarabağda -canını – qanını verdiyi , ikinci ildir AZAN SƏSİ eşidilən, AZƏRBAYCAN HİMNİ oxunan, üçboyalı ay – ulduzlu AZƏRBAYCAN BAYRAĞININ kölgəsində qutlu günlərini yaşayan QARABAĞdadır. Heç yaddaşlardan çıxmaz, döyüşçülər unutmaz, hər çağ deyirdi ki, Şuşasız yaşamaqdan ölüm yaxşıdır, Şuşanı doğulduğu Kəlbəcərdən üstün tutduğunu deyirdi, təkcə özünün yox, hamımızın BAŞ TACI sayırdı. Bir də döyüşçü əsgəri , qazini hər çağ ən yuxarıda tuturdu . Elə belə də deyirdi: “Mənimçün kasıb döyüşçü kimliyindən asılı olmayaraq məmurdan min dəfə qiymətlidir .
Bu gün iki ildir İsgəndər bəy aramızda olmasa da , Şuşanın – Qarabağın ikinci ildir işğaldan qurtulmasından döyüşçü dostları “muştuluqlayıblar”.
GÖZÜN AYDIN , ATA BOZQURD, ARXADAŞ, QARDAŞ İGİD, ŞUŞADA AZƏRBAYCAN POLİSİ -DÖYÜŞÇÜSÜ KEŞİKDƏDİR ! 74 yaşın, 177 -ci polis gününüz qutlu olsun!
Məğrur BƏDƏLSOY