​Abşeronda yük maşını piyadanı vuraraq öldürdü

Abşeronda yük maşını piyadanı vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 2-də saat 05 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Saray qəsəbə sakini Mirislam Yaqubov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolun kənarında dayanmış Masazır qəsəbə sakini Samiq Mehrəliyevə məxsus “Mercedes” markalı avtomobilin sərnişini, Astara rayon sakini Səid Salmanovu vurub. Nəticədə “KamAZ” markalı avtomobil aşıb və yük yerində olan mişar daşlarının bir hissəsi “Mercedes” markalı avtomobilin üzərinə dağılıb.
Nəticədə xəstəxanaya yerləşdirilən S.Salmanov orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.