​Abşeronda ağır yol qəzası baş verib

Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az Report-a istinadən xəbər verir ki, hadisə Sulutəpə qəsəbəsində qeydə alınıb.
Belə ki, “Shacman” markalı yük avtomobili “VAZ-2107” markalı avtomobilin üzərinə aşıb. Hadisə nəticəsində “VAZ-2107” markalı avtomobildə olan 3 nəfər xəsarət alıb.
Əraziyə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Yaralılardan ikisi “VAZ-2107”dən çıxarılıb. Daha bir yaralının avtomobildən çıxarılması əməliyyatı davam etdirilir.