ABŞ Venesuelanın “dialoq” təklifini rədd etdi

Baxış sayı:
8245

BMT-nin İnsan Haqları Şurasında çıxış edən Venesuelanın xarici işlər naziri Arreaza ABŞ-a problemləri dialoq yolu ilə həll etmək çağırışı edərək, "ABŞ ilə dialoq tərəfdarıyıq. Prezident Maduro ilə Tramp niyə də görüşməsinlər? Buna görə də ortaq bir zəmində görüşüb, aralarındakı fikir ayrılıqlarına aydınlıq gətirməlidirlər " deyib.
 
 Jorge Arreaza ölkəsinə qarşı aqressiv münasibətin sona çatmasının lazım olduğunu vurğulayaraq iki ölkə arasındakı danışıqların Venesuelada keçirilməsini təklif edib.
ABŞ-ın Tərksilah Konfransındakı Daimi Nümayəndəsi səfir Robert
Vood Venesuelanın xarici işlər naziri Jorge Arreazanın BMT-nin İnsan Haqları Şurasının 40-cı iclasında ABŞ-a dialoq çağırışına dair bir suala, "Prezident Tramp Venesuelanın qanuni dövlət başçısı ilə görüşmək üçün hazırlıqlar görür. O da Xuan Guaido-dur. Maduro rejimi qəbul edilməzdir və biz onu tanımırıq" deyə cavab verib.
Müxalifət.az