​ABŞ UKRAYNAYA SİLAH YÜKLÜ DAHA 4 TƏYYARƏ GÖNDƏRİLDİ – “Bu təyyarələrdəki silahlara “Haubitsa”lar da daxildir"

Baxış sayı:
2512

Son 24 saat ərzində ABŞ-dan Ukraynaya hərbi yardımla dolu daha dörd təyyarə, o cümlədən “Haubitsa”lar gəlib.
Muxalifet.az xəbər verir ki, bu haqda “Azadlıq” radiosu ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.
Pentaqon rəsmisi "800 milyon dollarlıq hərbi yardım elan edildikdən sonra, son 24 saat ərzində daha dörd uçuş həyata keçirildi və bu təyyarələrdəki silahlara “Haubitsa” topları da daxildir", - deyə açıqlama verib.
ABŞ Müdafiə Nazirliyi rəsmisinin sözlərinə görə, ukraynalı təlimatçılar artıq bu silah növü üzrə təlimlərə başlayıblar.
"Bu təlimlər təxminən bir həftə davam edəcək, bundan sonra təlimatçılar öz həmkarlarına dərs keçmək üçün Ukraynaya qayıdacaqlar", - o bildirib.