​ABŞ UKRAYNAYA ƏLAVƏ 100 MİLYON DOLLAR AYIRIR - Tank əleyhinə sistemlərin alınması üçün

Baxış sayı:
735

ABŞ tank əleyhinə sistemlərin alınması üçün Ukraynaya əlavə 100 milyon dollar yardım edəcək.
Muxalifet.az Qafqaz.media-ya istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin məlumatına görə, bunu dövlət katibi Entoni Blinken deyib.
"Dünya rus qoşunlarının Buçada və bütün Ukraynada törətdiyi vəhşiliklərdən şoka düşüb. Ukraynanın müdafiəçiləri cəsarətlə öz ölkələrini və azadlıqlarını müdafiə etməyə davam edir".
ABŞ, onun müttəfiqləri və tərəfdaşları Ukraynanın suverenliyini, ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir”, Dövlət Departamenti qeyd edir.
Mən bu gün prezidentin göstərişi ilə, tank əleyhinə sistemlərə təcili ehtiyacını ödəmək üçün, Ukraynanın əlavə 100 milyon dollara qədər təhlükəsizlik yardımı ayırmağa icazə verdim”, - Blinken deyib.
Dövlət katibi həmçinin qeyd edib ki, ABŞ, onun müttəfiqləri və tərəfdaşları Rusiyanın hərbi cinayətləri ilə bağlı hesabatların sənədləşdirilməsi üzərində çalışacaq və təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün müvafiq orqanlara müracət olunacaq.
Xatırladaq ki, bir müddət əvvəl Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden Ukraynaya yardım üçün 800 milyon dollar ayrılacağını bildirmişdi.
Ümumilikdə, Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan bəri Kiyev ABŞ-dan 1,7 milyard dollardan çox məbləğdə maliyyə yardımı alıb.