ABŞ Türkiyə ilə bağlı elə etiraflar etdi ki... - Gözlənilməz həmlə

Baxış sayı:
4756

“Dürüst desək, Suriyada kürdlər İŞİD qədər YPG-dən də qaçıb Türkiyəyə sığındılar”.
Bu sözləri ABŞ-ın Suriya Məsələləri üzrə Xüsusi Nümayəndəsi Ceyms Ceffri deyib.
ABŞ Dövlət katibi Mayk Pompeo ilə NATO-nun baş katibi Yens Stoltenberqin də qatıldığı İŞİD-lə Mübarizə Koalisiyasının toplantısını təşkil edən Ceffri bildirib ki, Türkiyə ABŞ-a “Barış Pınarı” anti-terror əməliyyatından sonra yaradılması planlaşdırılan təhlükəsiz bölgəyə 1 milyon qaçqın yerləşdirməsinə dair vədlər verib: “Bu qaçqınların içində 350 min kürd də var. Bu kürdlərin bir qismi İŞİD-dən qaçarkən, bir qismi də PYD/YPG-dən qaçdı. İndi isə bölgəyə geri qayıtmaq istəyirlər”.
Toplantıda İŞİD terror təşkilatının tərkibində döyüşmüş ABŞ və Avropa ölkələri vətəndaşlarının ölkələrinə geri qaytarılmasına dair anlaşmazlıq da gün üzünə çıxıb. Fransanın İŞİD-çiləri İraqda istintaqa çəkməsi təklifi ABŞ tərəfindən “məsuliyyətsizcə” ifadəsilə şərh olunub.//publika