ABŞ-ın Türkiyə düşməni olan ADAMI VƏZİFƏDƏN ALINDI

İraqda Ninova vilayətinə bağlı Mosul valisi, Türkiyə düşməni Nevfel Hamadi vəzifəsindən çıxarıldı.
 
Ağ Evin regiona PKK/PYD-ni idarə etməsi üçün göndərdiyi Brett Makgurkün adamı kimi tanınan Hamadi, Türkiyə hərbçilərinin yerləşdiyi Başika bazasına görə, Türkiyəni “işğalçı” olaraq günahlandırmışdı. ABŞ-ın dəstəyinə rəğmən Hamadi, "korrupsiya və dövlət malına zərər verdiyi” ittihamı ilə vəzifədən alınıb.

TÜRKİYƏYƏ İŞĞALÇI DEDİ
 
Mosul Vilayət Məclisinin üzvü Həsən es-Sabavinin verdiyi məlumata görə, Mosul Vilayət Məclisi valinin vəzifədən alınmasına qərar verib. 2015-ci ildə Əsil Nuceyfinin yerinə vəzifəyə gətirilən Hamadi, Türk əsgərini bölgəyə dəvət etdiyi üçün Nuceyfinin həbs olunmasını tələb etmiş, Başikada TSK-nin təlim etdiyi Haşdi Vətəni qüvvələrinin komandanlığını etdiyini söylədiyi üçün onu məhkəməyə verəcəyini bildirmişdi. Hamadi İraq-Türkiyə münasibətləri gərgin olduğu arada "Məni Türkiyəyə dəvət etmişdilər, amma imtina etdim" deməklə, ABŞ-a xoş getsin deyə qürrələnmişdi. Türkiyəyə Başika bazasına görə "işğalçı” deyən Hamadinin, Mosul xalqına yardım çatdırılması üçün Amerikalılardan icazə almağa çalışdığını, ancaq icazənin verilmədiyini deməsi ilə də diqqət çəkmişdi.

Müxalifət.az