ABŞ Suriyadakı bazalarını köçürdür və köhnə bazaları partladır

Baxış sayı:
427

ABŞ-a məxsus 120 ədəd silah –sursatla dolu yük maşınları Suriyada Kobanidəki Sarin hərbi bazasını tərk edirlər.
Muxalfet.az bu barədə "nation.news" saytına istinadla xəbər verir.

Qeyd olunur k, texnikaların bazadan çıxarılması partlayış səsləri ilə müşayiət olunub. Ehtimal olunur ki, ABŞ bazanı boşaldan zaman orada qalan apara bilmədiyi texnika və sursatı partladıb məhv edir ki, heç kim ələ keçirə bilməsin. Həmçinin belə bir informasiya aşkar olunub ki,  ABŞ-ın Blackwater bazasının müzdlu döyüşçüləri As Suvar yaşayış məntəqəsinə daxil olublar, bu ərazidə ABŞ hərbi kontingenti üçün 2 baza inşa olunur. Rusiya MN-nin məlumatına görə Vaşinqton Suriya neftindən bir ayda 30 milyon dollar qazanır.
Muxalifet.az