ABŞ: Ər-Riyad bu blokadanı DƏRHAL DAYANDIRMALIDIR

ABŞ Səudiyyə Ərəbistanından Yəmən limanlarına kommersiya və humanitar gəmilərin maneəsiz girişinin təmin edilməsini tələb edir.
Bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hizer Noyert deyib.
 “Biz Yəməndə kommersiya və humanitar gəmilərin maneəsiz girişinə imkanların olduğuna əminik. Limanların bağlanması ciddi narahatlıq doğurur", - deyə bildirib.
Qeyd edək ki, Yəməndəki qiyamçı husilərin Ər-Riyad hava limanına ballistik raket zərbəsi endirməsindən sonra Səudiyyə Ərəbistanı Yəmənin bütün hava limanları və dəniz limanlarını blokadaya alıb./axar/