ABŞ-ın “müstəmləkə valisindən” Türkiyə haqda alçaq sözlər

Baxış sayı:
6907

ABŞ-ın Suriyadakı keçmiş “müstəmləkə valisi” Brett Makgurk Türkiyə haqqında həyasız ifadələr işlədib.
 
 Makgruk verdiyi açıqlamada, "Türkiyə Suriya məsələsində etibarlı tərəfdaş deyil" deyib.
ABŞ-ın keçmiş İŞİD-la Mübarizə Koalisiyasının xüsusi nümayəndəsi Brett Makgurk “Vaşinqton Post” qəzeti üçün qələmə aldığı yazıda, "Türkiyə Suriya məsələsində etibarlı tərəfdaş deyil" deyə yazıb.
 
 Həyasız sözlər
 
 Türkiyənin Suriyada aralarında ifrat tərəfdarlarının da olduğu müxalif qruplara dəstək verdiyini yazan Makgurk, bu qrupların çox kiçik olduğunu, buna görə də ABŞ-ın dəstəklədiyi terrorçu Demokratik Suriya Qüvvələrinə (DSG) alternativ olmayacağını ifadə edib. Yazıda, həmçinin Türkiyənin ABŞ-ın böyük dəstəyi olmadan Suriyada tək başına hərəkət etmə qabiliyyətində olmadığını da sözlərinə əlavə edib.
Hazırda Türkiyənin dəstəklədiyi silahlı müxaliflərin DSG-nin yerləşdiyi Suriyanın şimal-şərqinə yerləşdirilməsilə bağlı danışıqların aparıldığını irəli sürən Makgurk, bu cür addımların xaosa yol açacağını, ekstremizmin yayılması üçün əlverişli şərait yaradacağını, minlərlə kürdü evindən edəcəyini və Suriyalı Xristianların həyatını risqə atacağını yazıb.
Müxalifət.az