ABŞ İranın 30-dan çox internet saytını bloklayıb

Baxış sayı:
748

ABŞ Ədliyyə Nazirliyi iyunun 22-də İran İslam Radio və Televiziya İttifaqının (IRTVU) istifadə etdiyi İranın 33 internet saytını bloklayıb.

Bu barədə nazirlik xəbər verib. Məlumata əsasən, bundan əlavə "Kataib Hizbollah" qruplaşması tərəfindən idarə olunan 3 sayt bloklanıb. Həmin internet səhifələr məhkəmin qərarı ilə bloklanıb:

"Bu gün ABŞ məhkəmələrinin qərarlarına uyğun olaraq ABŞ-ın sanksiyalarını pozaraq IRTVU tərəfindən idarə olunan 33 saytın və "Kataib Hizbullah" tərəfindən idarə olunan üç internet saytının domenləri götürülüb".