ABŞ-ın döyüş gəmiləri Fars körfəzinə girdi

Baxış sayı:
2117

Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi-dəniz qüvvələrinin zərbə qrupu sentyabrın 18-də Fars körfəzinə daxil olub. Hərbi-dəniz qüvvələrinin 5-ci operativ donanması xəbər verib ki, «Nimits» (CVN 68) atom aviadaşıyıcısı qrupunun tərkibində «Prinston», «Filippin dənizi» raket kreyserləri və «Sterett» esminesi var.
 
Körfəzdə bu gəmilər koalisiya üzrə və bölgəsel həmkarlarla birlikdə təlimlərdə iştirak edəcəklər. Qrupun tapşırıqları arasında həm də hərbi-dəniz aviasiyası ilə dəstək yer alır. 2014-cü ildən üzübəri davam edən hərbi kampaniya «İslam dövləti» terror təşkilatına qarşı yönəlib.
 
Fars körfəzində vəziyyət 2018-cu ilin iyulunda gərginləşib. O zaman İranın hərbi-dəniz qüvvələri İran gəmisinin Gibraltarda saxlanmasına cavab olaraq, öz ərazi sularında Britaniyanın «Stena İmpero» tankerini saxlamışdı.
 
Bununla əlaqədar, ABŞ bəyan etmişdi ki, İran və Yəmən sularında patrul xidməti keçmək üçün beynəlxalq koalisiya yaradacaq./Azpolitika.info