ABŞ-dan Şuşadakı erməni tələbələrə təqaüd göndəriləcək...
18-10-2019 20:37
Baxış sayı:
6778

Azərbaycanın işğal altındakı Şuşa şəhəri ilə qanunsuz şəkildə dostlaşmış ABŞ-ın Los-Anceles şəhərindəki erməni xeyriyyəçilər bu şəhərimizdəki erməni tələbələri təqaüdlə təmin edəcək.
Moderator.az xəbər verir ki, Xankəndidəki separatçı nəşrlərin yaydığı informasiyaya görə, Şuşadakı faktiki fəaliyyət göstərən Texnologiya universitetinin tələbələrinə təqaüd “Los-Anceles-Şuşa dostluq assosiasiyası” vasitəsilə ödəniləcək. Bu haqda erməni jurnalistlərə universitetin xarici əlaqələr və beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri Arevik Arutyunyan məlumat verib.