ABŞ-da universitetə hücum! Ölənlər və yaralananlar var

Baxış sayı:
6160

ABŞ-ın Şimali Karolina Universitetində baş verən silahlı hücumda iki nəfər həlak olub, 4 nəfər yaralanıb.
 
Amerika mətbuatının xəbərinə görə, Şimali Karolina Universitetində silah səsləri eşidildikdən sonra polis və təcili tibbi yardım əməkdaşları hadisə yerinə göndərilib.
Fövqəladə Hallar Təşkilatı Meclenburg Agentliyindən edilən açıqlamaya görə, hadisədə 2 adam ölüb, 4 nəfər də ağır yaralanıb.
Hələ də qurbanların şəxsiyyətini açıqlamayan polis məmurları, bir şübhəlinin nəzarətə alındığını açıqlayıb.
Müxalifət.az