ABŞ-ın Bakıdakı səfiri yeni parlamentdə daha çox qadın görmək istəyir - "AZAD SEÇKİLƏR AZƏRBAYCANIN İRƏLİLƏMƏSİNƏ KÖMƏK EDƏR..."

Baxış sayı:
3280

"Azərbaycan hökumətininin növbədənkənar parlament seçkilərinin gedişatını izləmək üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) və ATƏT Parlament Assambleyasının nümayəndələrini dəvət etmək qərarını alqışlayıram".

Belə bəyanatla  ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberger hökumətin Milli Məclisə gələn il fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərə rəsmi Bakının beynəlxalq müşahidəçilər dəvət etmək qərarına münasibət bildirərkən deyib.

Səfirin  sözlərinə görə, azad və demokratik seçkilər Azərbaycanın irəliləməsinə imkan verə bilər.

ABŞ səfiri həmçinin yeni parlamentdə daha çox qadının, o cümlədən sahibkarlar-qadınların olacağına ümid etdiyini bildirib.//virtualaz