ABŞ-ın Azərbaycandakı keçmiş səfirindən 11 ilin ETİRAFI: Saakaşvilinin seçimi yox idi

Baxış sayı:
702

Mixail Saakaşvilinin avqust müharibəsi zamanı xüsusi seçim imkanı yox idi. O, ya Abxaziya və Cənubi Osetiyanı Rusiyaya verməli, ya da müharibəyə başlamalı idi.
Muxalifet.az Axar.az-a istinadən xəbər verir ki, bunu “Amerikanın səsi”nə müsahibəsində ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri üzrə sabiq müavini Metyu Brayza deyib.
Image result for Metyu Brayza
“Mən Gürcüstan-ABŞ münasibətlərini idarə edən şəxs olmuşam. Bizim həmin dövrdə Avropadakı müttəfiqlərimiz - Fransa, Britaniya, Almaniya ilə yaxşı münasibətlərimiz vardı, amma bir-birimizlə razılaşa bilmirdik. Ona görə ki, avropalı müttəfiqlərimiz Rusiyanı sakitləşdirməyimiz gərəkdiyini düşünürdülər. Bu isə o demək idi ki, ABŞ Gürcüstanı və Prezident Saakaşvilini sakitləşdirməliydi. O zaman çox gec idi. Rusiya Saakaşvilini heç bir halda qalib çıxması mümkün olmadığı küncə sıxmağa cəhd edirdi. Saakaşvili ya Abxaziya və Cənubi Osetiyanı verməyə razılaşmalı, ya da müharibəyə daxil olmalıydı”, - o bildirib.
Brayza həmçinin Sarkozinin vasitəçiliyi ilə Rusiya və Gürcüstan arasında əldə edilən atəşkəs razılaşmasının dəhşətli olduğunu deyib:
“Sarkozinin irəli sürdüyü atəşkəs haqqında razılaşma dəhşət idi. Putin onu manipulyasiya edə bilmişdi”.