“ABŞ Aralıq dənizində sülh ümidlərini zəhərləyir” - Türkiyə XİN

Baxış sayı:
1346

Amerika administrasiyasıın Kiprə silah tədarükü embarqosunu ləğv emək barədə qərarı «Şərqi Aralıq dənizində sülhə olan ümidləri zəhərləyir və Türkiyə ilə ABŞ arasındakı müttəfiqlik ruhu ilə bir araya sığmır». Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda söhbət açılır. Xəbəri «Anadolu» dövlət informasiya agentliyi yayıb.

Nazirlikdə qeyd ediblər ki, Amerika Birləşmiş Ştatlarının fəaliyyəti «adanın iki icması (türk və yunan icmaları - Red.) arasında bərabərliyi və balansı» qulaqardına vurur. Ardınca qeyd edilir ki, Ağ Evin bu addımı «şübhəsiz ki, Kipr məsələsinin tənzimlənməsi üzrə səylərə zərər vuracaq».

Nazirlikdən onu da bildiriblər ki, Şərqi Aralıq dənizində yaranış gərginlik fonunda belə qərarın qəbulu yolverilməzdir.

Türkiyə XİN-də xəbərdarlıq ediblər ki, əgər ABŞ Kipr yunanlarına silah tədarükü üzərinə qoyulmuş embarqonun ləğv olunması barədə öz qərarına yenidən baxmasa, o zaman Ankara «uyğun addımlar» atacaq.

«Biz, gözləyirik ki, ABŞ öz qərarına yenidən baxacaq və bölgədə sülh və sabitliyin yaradılması istiqamətindəki səyləri dəstəkləyəcək» - bəyanatda belə deyilir.

Birləşmmiş Ştatlar eyni zamanda Nigeriyaya silah tədarükünə qoyulmuş embarqonu da ləğv edir. Bu barədə ABŞ dövlət katibi Mayk Pompeo Kiprin prezidenti Nikos Anastasiadislə çərşənbə axşamı keçirdiyi telefon danışığının gedişinda bəyan edib. ABŞ Dövlət Departamentinin xəbərinə görə, Pompeo və Anastasiadis təhlükəszlik sahəsində tərəflər arasında münasibətlərin dərinləşdirilməsini müzakirə ediblər.