5 yaşlı azərbaycanlı uşaq "donuz qripi"nə yoluxdu
17-01-2019 16:42
Baxış sayı:
21718
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda "donuz qripi"nə 4 yoluxma halı qeydə alınıb.
Muxalifet.az report-a istinadən xəbər verir ki, xəstəliyə yoluxanların ikisi azərbaycanlıdır.
Onlardan biri 39 yaşlı qadın, digəri isə 5 yaşlı uşaqdır. Həkimlər qadının vəziyyətini orta-ağır, uşağın durumunu isə ağır kimi qiymətləndirirlər.
Xatırladaq ki, Gürcüstanda bu günə qədər "donuz qripi" adlandırılan A (H1N1) virusundan 17 nəfər ölüb.