48 yaşlı sürücü sükan arxasında öldü

Baxış sayı:
5935

Şirvan şəhərində sürücü avtomobildə ölü tapılıb.
Trend-in məlumatına görə, aparılan araşdırmalar zamanı məlum olub ki, Şirvan şəhər sakini, 1971-ci il təvəllüdlü Feyzullayev İntiqam Əlidadaş oğlu özünə məxsus avtomobillə evindən küçəyə çıxarkən özünü pis hiss edib. İ.Feyzullayev təxminən 40-50 metr getdikdən sonra idarəetməni itirərək yolun kənarındakı divara dəyib.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları İ.Feyzullayevin infaktdan sükan arxasında keçindiyini müəyyənləşdirib.
Faktla bağlı araşdırma aparılır.