35 yaşdan sonra çox kişiləri gözləyən 5 xəstəlik - ARAŞDIRMA

Baxış sayı:
171

Kişi xəstələndisə, işi bitdi - bu zərbi-məsəl dünyada bir çox xalqlarda məşhurdur. İş ondadır ki, kişilər nə qədər güclü olsalar da xəstəlikləri daha ağır keçirir, öz sağlamlıqlarının qeydinə qadınlardan az qalır, həkimə getmir, getsə də müalicəsini etmir, ümumiyyətlə, onlara heç vaxt heç nə olmayacağına inanırlar.

Muxalifet.az medicina.az-a istinadən 35 yaşdan sonra kişiləri gözləyən ən geniş yayılmış xəstəliklərlə sizi tanış edir.

Bu xəstəliklərin yaranmasının qarşısını almaq üçün nələr etməlisiz?

1.Ürək-damar sözünə baxmır

Dünyada kişilərin qəfil və erkən ölümünə səbəb olan birinci amildir. 20 il əvvəl 45 yaşdan sonra riski artan bu sistem pozuntuları müasir kişilərdə artıq 35-37 yaşından biruzə verir.

Qidalar və pis həyat tərzindən pis xolesterin qanda artır, damarlar tutulur, ateroskleroz və tromb yaranır, nəticədə infarkt və insult olur.

Dünyada hər ürək-damar tutulmasından 25% insan ölür ki, bunların da 70%-i orta yaşlı kişilərdir.

Niyə qadınlarda bu risk azdır: çünki qadınlarda hormonal statusdan qanda yaxşı xolesterin çox olur.
 
2.Ağciyərlərin şişləri

Hazırda 35 yaşdan sonra artıq ilk rüşeymlərini atan ən bədxassəli xəstəlikdir. Ağciyər xərçəngi 50 yaşdan sonra daha çox kişilərdə diaqnoz olunsa da, xəstəlik ən azı 10 il əvvəldən başlayır. 2 sm-lik şiş 5 ilə formalaşır. İlkin mərhələdə tapılmır, gizli gedə bilir, aşkarlananda 3-4cü dərəcə olur və cəmi yarım il ömür sürür. 

Siqaret çəkmək, zərərli vərdişlər, iş kişiləri risk qrupuna daxil edir.

3.Prostat şişləri

Hər 7 kişidən birində aşkarlanır, düzdür vaxtında aşkarlansa müalicəyə tabe olur, bir əməliyyatla çıxış yolu var. Şiş çox gec inkişaf edir, metastaz verməsi zəifdir. Əvvəlcə xoş xassəli şişlərlə başlaya bilir. Həkimlər artıq 40 yaşlara doğru hər bir kişinin prostat müayinəsi və PSA analizi verməsini vacib hesab edir.
 

İndiki kişilərin oturaq həyat və iş şərati prostat şişlərini aktivləşdirir.

4.Dəri xərçəngi - Melanoma

50 yaşa kimi qadnlarda bu xəstəlik daha çox rast gəlinsə də, sonra risk qəfildən kişilərin zərərinə dəyişir. Hazırda dəri örtüyündə, xüsusən bel və üzdə, burunda dəri xərçəngi aşkarlanan kişilərin sayı getdikcə artır. Melanoma 50 yaşından sonra dəqiq bilinsə də səbəbkar xallar olduğundan, bu xallar kişilərin bədənində əvvəldən olur və risk 35 yaşdan sonra aktivləşir və xəstə uzun illər xərçəngə doğru getdiyini bilmir.

Ona görə onkoloqlar 35 yaşdan sonra hər bir kişiyə təhlükəli xalların pasportunu çıxarıb, dərindən təhlil edilməsini vacib olur. Kişi dərisi günəşin UVÇ şüalarına qarşı daha həssasdır və kişilər açıq havada çılpaq çox olduğundan bu onların xeyrinə deyil.

5.Diabet

Azərbaycanda 35 yaşdan sonra qanda şəkərin kəskin qalxması diaqnozu qoyulan kişilərin sayı artır. Sakit və gizli qatil statistika görə 1995-ci ildən sonra doğulmuş hər oğlan uşağının 3-dən birində diaqnoz olunacaq. Çünki kişilər daha zərərli qidalanır, qanda insulin çox sışrayır, idmanla məşğul olmur, əzələlər artıq şəkəri yandırmır, getdikcə kökəlir. Ona görə 35 yaşdan sonra ildə 1 dəfə gizli şəkər analizi vermək mütləqdir.

Bir bəla - ALKOQOLİZM

Bunu xəstəlik kimi qeyd etmək təbii ki, olmaz. Amma Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, məzh alkoqol kişilərin vaxtsız, qəfil ölümünə səbəb olan xəstəliklərin əsasını qoyur, kişilərin 40 yaşından sonra əmək fəaliyyətini 70% azaldır.
 
Spirtli içkilər mədəaltı vəz, mədə, qaraciyər xərçəngi, sirrozuna səbəb olur, 50 yaşdan sonra psixi pozuntulara, Alsgeymerə, içkidən hədsiz asılılığa gətirib çıxarır. Qadınlar daha az içdiyindən onlar kişilərdən daha çox yaşaya bilir. 
Ona görə yuxarıda sadalanan bir çox xəstəliklərdən qorunmaq üçün də birinci növbədə içki adlı bəladan uzaq durmaq lazımdır.