27 400 HƏRBÇİ, 1 222 TANK, 200 QIRICI TƏYYARƏ, 165 HELİKOPTER… - Rusiya ordusu son sutka ərzində daha 200 hərbçi itirdi!
15-05-2022 12:19
Baxış sayı:
1135

Ukraynada bir gündə daha 200 rus işğalçısı məhv edilib və sıradan çıxarılan döyüşçülərin ümumi sayı hazırda 27.400 nəfərdir.
Muxalifet.az xəbər verir ki, bu haqda Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook”-da yazır.
Məlumata əsasən, son sutka ərzində Ukraynada daha iki tank, 24 zirehli döyüş maşını və dörd artilleriya sistemi də məhv edilib.
Həmçinin, düşmənin bir hava hücumundan müdafiə sistemi, bir helikopteri, beş operativ-taktiki pilotsuz uçuş aparatı və 28 hərbi texnikası da sıradan çıxarılıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı mayın 14-də Ukraynada 27 200-ə yaxın rus işğalçının məhv edildiyini bildirib.
Muxalifet.az