17 yaşlı tələbənin ölümünə səbəb olan keçmiş polis saxlanıldı

Baxış sayı:
7451

Xəbər verdiyimiz kimi oktyabrın 9-da saat 7 radələrində Bakı-Şamaxı yolunun 22-ci kilometrliyində - Abşeron rayonunun Müşfiq qəsəbəsi ərazisində 17 yaşlı Solmaz Abdullayevanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Qeyd edək ki, Solmaz Abdullayeva birinci kurs tələbəsi olub.
Hüquq mühafisə orqanlarından BiG.AZ-a verilən məlumata görə tələbənin ölümünə səbəb olan A.Ağayev polislər tərəfindən saxlanılıb.
Qeyd edək ki, qəzanı törədən A.Ağayev polis kapitanı olub.