150 iranlını öldürəcəkdim, lakin... - Tramp

Baxış sayı:
3511

İran nüvə silahından imtina edərsə zəngin, xoşbəxt ölkə kimi mənim ən yaxşı dostum olacaq.
Muxalifet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, İranın nüvə silahına sahib olmasına icazə verməyəcək
"Mümkün hərbi əməliyyata dair qərar qəbul etməzdən əvvəl neçə nəfər öləcəyini soruşdum. Mənə təxmini bir rəqəm dedilər, amma mən daha dəqiq bir cavab istədim. Tam detallarından bəhs etməyəcəm, amma bu rəqəmlər ilk etapda 40-50 arasındadır. Bir çox iranlının yaşadığı Nyu- Yorkdan gəlirəm. Mükəmməl insanlardır. İranlı dostlarım var. Olduqca ağıllı, ambissiyalı və yüksək keyfiyyətli insanlardır. 150 iranlı öldürmək istəmədim. Ümumiyyətlə, ehtiyac olmadığı müddətdə 150 insanın ölməsini istəmərəm.
İrana hücum qərarını ləğv etdiyi üçün təbrik edildiyini bildirən Tramp "Hamı mənim müharibə tərəfdarı olduğumu söyləyirdi. İndi həmin adamlar göyərçin deyir mənə"-deyə söyləyib.