​Zelenski Lukaşenko ilə görüşdü - Video

Baxış sayı:
7339

Ukrayna Prezidenti Vladimir Zelenski ilk dəfə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşüb.
“Qafqazinfo”nun “112 Ukraina” portalına istinadən verdiyi xəbərə görə, görüş Ukrayna və Belarus Regionlarının İkinci Forumu çərçivəsində baş tutub.
Dövlət başçıları Ukrayna-Belarus əməkdaşlığının geniş spektrli problemlərini müzakirə ediblər. Ölkələr arasında əməkdaşlığa dair bir sıra ikitərəfli sənədlərin imzalanması da planlaşdırılır.