Zelenski ilə Aparat rəhbəri pulsuzluqdan şikayətləndi - VİDEO

Baxış sayı:
25772

Ukrayna dövlət başçısı Vladimir Zelenski Korrupsiyaya Qarşı Mübarizə  Məhkəməsinin fəaliyyətə başlaması münasibətilə keçirilən tədbirdə çıxışı zamanı daha öncə ləğvini düşündüyü Prezident Ofisinin köçürülməsi ilə bağlı zarafat edib.

Belə ki, Zelenski Aparat rəhbəri Andrey Boqdana müraciət edərək Korrupsiyaya Qarşı Mübarizə  Məhkəməsinin binasının köçürülməsi ilə bağlı yaranmış vəziyyəti müqayisə edib.

“Andrey Boqdana demək istəyirəm: Görürsən, biz hələ də ora (Prezident Administrasiyasının yeni binasına.-red) köçə bilmirik. Amma insanlar təmiri 1 aya yekunlaşdırırlar”, - deyə o, bildirib.

Boqdan isə “bizim pulumuz yoxdur da” deyib./qafqazinfo