Zelenski 3 müşavirini vəzifədən azad etdi

Baxış sayı:
11596

Ukrayna Prezidenti Vladimir Zelenski ştatdankənar üç müşaviri vəzifəsindən azad edib.

“Report” un məlumatına görə, bu barədə RİA “Novosti" məlumat yayıb.

Qeyd olunub ki, baş nazirin rəqəmsal transformasiya üzrə müavini Mixail Fedorov, gənclər, mədəniyyət və idman naziri Vladimir Borodyanski və müdafiə naziri Andrey Zaqorodnyuk ixtisara düşüblər.

İşdən çıxarılan müşavirlər yeni yaradılmış Nazirlər Kabinetinin tərkibinə daxil ediliblər.