Zaur Kərimov pulunu geri istəyən 24 yaşlı tələbəni başından güllələdi - İŞƏDÜZƏLTMƏ ADI İLƏ İNSANLARI ALDADIBLAR VƏ ...

Baxış sayı:
3774

Rusiyanın Leninqrad vilayətinin Vsevolojsk rayonunun sakini olan 42 yaşlı azərbaycanlı Zaur Kərimov işlədiyi firmada 24 yaşlı tələbəni işədüzəltmə adı ilə aldadaraq 2500 rubl pulunu alıb. Lakin həftələr keçsə də tələbəyə vəd olunan iş verilməyib və o, pulunu geri almaq üçün firmanın ofisinə gələndə Zaur Kərimov onu başından güllələyib.

Rusiya KİV-ləri xəbər verir ki, bu hadisə iyunun 4-də baş verib. Zərərçəkən-Sankt-Peterburq Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin 1-ci kurs tələbəsi “Resurs” MMC adlı işədüzəltmə firmasının internetdə yerləşdirdiyi elanları oxuyaraq firmanın ofisinə gedib. Orada ondan tibbi sığorta və digər sənədlər üçün 2500 rubl alıblar, hansısa müqaviləyə imza atdırıblar. Aradan bir neçə həftə keçsə də tələbə ona vəd edilən işə qəbul olunmayıb və pulunu geri almaq üçün iyunun 4-də firmanın ofisinə yollanıb. Burada firmanın mühafizəçisi işləyən Zaur Kərimovla onun arasında mübahisə yaranıb və Kərimov tapança ilə tələbəyə atəş açıb. O, ağır yaralanıb və hazırda reanimasiyadadır.

Hadisədən sonra Z.Kərimov yaşadığı yeri tərk edərək Peterburqa qaçıb. Lakin ertəsi gün onu yaxalamaq mümkün olub. Məhkəmə Kərimovun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Məhkəmədə Z.Kərimov iddia edib ki, onun gizləndiyi mənzil birgə yaşadığı qadının bacısına məxsusdur və ora niyə getdiyini xatırlamır.

 “Mən gizlənməmişdim, zərərçəkənin ölməməsi üçün kilsədə dua etmyə və şam yandırmağa getmişdim”,-o məhkəməni inandırmağa çalışıb. İstintaq isə buna inanmayıb, Kərimovun azadlıqda qalacağı təqdirdə gizlənəcəyini və ya Azərbaycana qaçacağını əsas gətirərək onun həbsində israr edib.

Z.Kərimovun əvvəlki nigahdan dörd uşağı var və məhkəmənin qarşısında onun həm keçmiş, həm indiki arvadı gözləyirdi.

Məhkəmədə aydınlaşıb ki, Z.Kərimovun iki ali təhsili var, amma şəxsi maşını ilə taksilik edir və eyni zamanda işədüzəltmə firmasında mühafizəçi işləyir. Əslində isə həmin firmanı quran dələduzlar tərəfindən pulunu geri tələb edənləri qovmaq, döymək, qorxutmaq üçün istifadə olunur. Bu firma dələduzluq əməlləri ilə tanınıb və çoxsaylı zərərçəkənləri işə düzəltmə adı ilə aldadıb. Zərərçəkənlər neçə ildir bu dələduzların əməllərindən şikayət etsələr də araşdırılmayıb. Nəhayət həmin 24 yaşlı tələbə pulunu tələb etmək çox inad edəndə Z.Kərimov ona atəş açıb. Yalnız bu insidentdən sonra hüquq-mühafizə orqanları firma rəhbərləri barəsində dələduzluq maddəsi ilə iş qaldırıblar./Virtualaz.org