​YAP seçkilərə bu namizədlərlə gedəcək - AÇIQLANDI

Baxış sayı:
16972

Yeni Azərbaycan Partiyası 5 il müddətində öz deputatları ilə bağlı təhlillər aparır.
Muxalifet.az
bildirir ki, bu sözləri YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Yeni Müsavat qəzetinin canlı yayımında deyib. O bildirib ki, seçki elan olunandan sonra kimin hansı dairədən namizədliyinin irəli sürüləcəyi müəyyən olunacaq:
"Bizim 71 nəfər deputatımız var idi. Onlardan yeni vəzifələrə təyinat alanlar, dünyasını dəyişənlər oldu. Hazırda 68 nəfər deputatla təmsil olunuruq. Bu deputatlarla bağlı təhlillər aparırıq.
S. Novruzov bu təhlillərin nədən ibarət olmasına da aydınlıq gətirib:
"Deputatların seçicilər arasındakı nüfuzu, davranış qaydaları, parlamentdəki çıxışları, dövlətçiliyi müdafiəsindəki mövqeyi, partiyanın qərarlarının yerinə yetirilməsi, mətbuatdakı rolu, sosial şəbəkələrdəki iştirakı, beynəlxalq təşkilatlarda təmsilçiliyi və apardığı işlər təhlil olunur. Yerlərdə də bu təhlil işləri mütəmadi olaraq aparılır. Onsuz da buna qədər də müxtəlif rayonlarda, paytaxt Bakıda bizim 50-yə yaxın müxtəlif görüşlərimiz olmuşdu”.
Millət vəkili qeyd edib ki, təhlillərin nəticələri mütəmadi müzakirə olunur:
"Hazırda bu müzakirələr demək olar ki, başa çatıb. Partiyanın sədrinin yanında da bu müzakirələrə davam ediləcək. Seçkidə iştirak edəcəklər arasında hazırda Milli Məclisin üzvü olan deputatlar da var. Eyni zamanda partiyaya yeni gənclər də gəlib. Onlar arasında xaricdə təhsil alanlar, öz ixtisaslarını güclü bilənlər də var. Bu cür gənclərdən də istifadə edəcəyik.”