"XARİCİ İŞLƏR NAZİRİNİN ŞƏXSİ HƏYATIDIR..." - Məmmədyarovun Nyu-Yorkda mənzillər almasına XİN-dən cavab
27-05-2020 23:37
Baxış sayı:
1849
Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva nazir Elmar Məmmədyarovun Nyu-Yorkda mənzillər alması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Muxalifet.az-ın məlumatına görə, L.Abdullayeva "Azadlıq radiosu"na deyib ki, bu, nazirin şəxsi məsələsidir.
“Xarici İşlər nazirinin və ya nazirliyin əməkdaşlarının şəxsi məsələləri nazirlik tərəfindən şərh olunmur. Bir kəlmə ilə bildirdim. Xarici İşlər nazirinin şəxsi həyatıdır, bunu şərh etmirəm” – L.Abdullayeva qeyd edib.