VƏTƏN MÜHARİBƏSİNİN SON SAATLARININ ŞƏHİDİ - Şəhadəti öz ad gününə hədiyyə etdi + VİDEOREPORTAJ

Baxış sayı:
684

Bildiyimiz kimi, Azərbaycan düşmənlə apardığı 44 günlük haqq savaşından qalib ayrılıb. Bu tarixi qələbə Azərbaycanın igid, vətənpərvər, torpağımızın hər qarışı üçün canını qurban verməyə hazır olan oğullarımızın sayəsində əldə edilib.

Dünən Müdafiə Nazirliyi Vətən Müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusunun həlak olduğunu açıqlayıb. 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.

100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Bunlar, sadəcə, rəqəmlər deyil, hər biri bir qəhrəmanlıq salnaməsidir.

Gənc ömrü dastanlaşan igidlərimizdən biri də 22 yaşlı şəhid Nicat Tarıverdiyevdir. O, şəhadəti öz ad gününə hədiyyə edib...

Daha ətraflı AZTV-nin videoreportajında: