Vəliəhd şahzadə bin Salman niyə bu qədər sürətli gözdən çıxarıldı?

Baxış sayı:
7357

Serdar Turgut - Habertürk
 
Başda Vaşinqton olmaqla, Qərbin güc mərkəzlərində Səudiyyə Ərəbistanının de facto lideri Məhəmməd bin Salmanın yerinə kimin keçəcəyi danışılır.
 
Çox qısa müddət öncə hər mərkəzin favorit lider namizədi kimi yanaşdığı şahzadə bin Salmanın bu qədər sürətlə gözdən çıxarılmasının səbəbini soruşdum.
Amerikan kəşfiyyat birliyinin daxili fəaliyyətini çox yaxşı bilən mənbəyimə, "Bu sürətli gözdən çıxarma Qaşıqçı hadisəsiylə əlaqəlidirmir" deyə  soruşdum. Aldığım cavablar belə idi:
 
QAŞIQÇI HADİSƏSİ
 
Qaşıqçı hadisəsi reaksiyanın sadəcə, görünən səbəbidir. Başda Vaşinqton olmaqla, bütün mərkəzlərin Qaşıqçı məsələsinin üzərinə getmələrinə baxıb,  Məhəmməd bin Salmanın gözdən düşməsinin yalnız bu hadisəyə bağlı olduğunu düşünməniz səhv olar.
Bin Salman bir müddətdir ki, xüsusən Vaşinqtonda təpki toplayırdı. Bu təpkilərə qlobal maliyyə dairələrinin reaksiyası də əlavə olunanda sonunda bin Salmanın liderliyinin üstü cızıldı.
Qaşıqçı hadisəsi qəbul edilə biləcək bir şey deyil təbii ki, amma Vaşinqtonda da, Londonda da dövlət strukturlarına Səudiyyə Ərəbistanının bu şəkildə davranması sürpriz deyil. Daha əvvəl də buna bənzər hadisələr vardı. Heç bir mərkəz sözügedən Səudiyyə Ərəbistanı ilə yalnız Qaşıqçı səbəbi ilə münasibətləri risk altına atmaz.
 
QLOBAL MALİYYƏ DAİRƏLƏRİNİN MARAQLARI
 
Bin Salmana əsl təpkinin formalaşmasına səbəb olan məsələ onun qlobal maliyyə və işgüzar dairələrinin maraqlarına zidd hərəkət etməsidir.
Xüsusilə Amerika işgüzar və maliyyə dairələri, məsələn, Goldman Sachs, Citigroup, Məhəmməd bin Salmanın daha əvvəl gələcəyə yönəlik verdiyi bəzi vədlərə uyğun iş planları həyata keçiriblər. Ancaq qısa müddət əvvəl bəlli olub ki, bin Salman bu verdiyi sözlərin heç birini yerinə yetirmək fikrində deyil. Əsl böyük təpki məhz o mərhələdə yarandı. Qlobal dünya nizamı o nöqtədə bin Salmana alternativ axtarmağa başladı.
 
ROAD SHOW-da VERİLƏN SÖZLƏR
 
Xatırlayın, bin Salman bir müddət əvvəl Amerikaya bir rəsmi səfər etmiş və demək olar ki, bir road show edərək Səudiyyə Ərəbistan iqtisadiyyatını Amerikan iş və maliyyə dairələrinə bazarlamağa girişmişdi.
Bu dairələrə bir çox vədlər verilib. Onlar da buna inanıb, iş planları hazırlayıblar. İndi bunların hamısının dosyesi bir-bir bağlanır.
Bin Salman Amerika səfərində özünün 2030 vizyonu adlandırdığı plan əsasında Səudiyyə Ərəbistanda bir çox özəlləşdirmə olacağını və böyük tortun ən böyük hissəsini də Amerika şirkətlərinə veriləcəyini deyib.
Həmçinin dövlətin neft nəhəngi Aramco-nun da səhmlərindən Wall Street-ə  kvota ayrılacağını və ilk halqanın açılma işindən də böyük maliyyə şirkətlərinə böyük pullar veriləcəyini bildirib.
Bundan başqa, Amerika dövlətinə də alacağı yeni silahlar üçün niyyət məktubları verib.
 
YERİNƏ YETİRİLMƏYƏN SÖZLƏR
 
Amerikan kəşfiyyat dairələrinə yaxın mənbəyim bu sözlərin heç birinin tutulmadığını söyləyib.
Aramco-nun xalqa açılmasının ilk öncə təxirə salındığı, daha sonra bu məsələnin tamamilə rəfə qaldırıldığı xəbəri çatdı Vaşinqtona.
Trampın sözünü etdiyi 110 milyard dollarlıq silah satışının da olacağı şübhəlidir, çünki niyyət məktubundan başqa ortada imzalanmış bir sənəd yoxdur.
Səudiyyə Ərəbistanında böyük özəlləşdirmə keçiriləcəyi ideyasından da imtina edildiyi siqnalları gəlir.
 
ALTERNATİV AXTARIŞLAR
 
Bu proseslər üzərində Amerika dövləti içində bin Salmana qarşı bir təpki yarandı.
Hakimiyyət daxilində hazırda bin Salmana alternativ şəxslərin olması və dəstəyin müəyyən ediləcək o şəxsə verilməsi müzakirə edilir. Milli Təhlükəsizlik Şurası daxilində də bu fikri dilə gətirənlər var.
Bu axtarışda adı ön plana çıxan iki ad var. Biri hazırda Səudiyyə Ərəbistanında bin Salman tərəfindən göz altında saxlanan Məhəmməd bin Nayef-dir. Digəri də Səudiyyə Ərəbistanının Vaşinqton səfiri olan Xalid bin Salmandır. İkisi də Amerikanın fikirlərinə çox yaxın olan şəxslərdir və özəlləşdirilməsi ilə birlikdə gəlməsi lazım olan liberallaşma addımlarını da ata biləcək adamlar kimi də görürlər Vaşinqtonda.
Bu prosesi mənə danışan mənbəyim "Əgər bin Salmana təpki təkcə Qaşıqçı hadisəsi səbəbilə olsaydı, bin Salmanın bu vəziyyətdən çıxması bəlkə də mümkün olardı, amma gördüyün kimi, çox dərin strukturlarda bir təpki var ona qarşı. Sistem onu gözdən çıxarmış kimidir" deyərək sözlərini tamamlayıb.
Hazırladı: Müxalifət.az