​Vladimir Jirinovski: “İndi Hillari nənə dincələ bilər”

Rusiya Liveral-Demokrat Partiyasının lideri Vladimir Jirinovski ABŞ-da keçirilmiş prezident seçkilərinin nəticələrini şərh edib.
Virtualaz.org xəbər verir ki, Jirinovskinin fikrincə, seçkilərdə ən yaxşı namizəd qələbə qazanıb və onun Rusiyaya mühaeibə elan etmək fikri yoxdur, çünki amerikalılar sakit həyat istəyirlər.
“Amerika Trampa ona görə səs verdi ki, dünyada vəziyyət çox mürəkkəbdir, Hillari müharibə istəyirdi, onun üçün Rusiya əsas rəqib idi. Əlbəttə, amerikalıların əksəriyyəti rahat həyat arzulayır”, - Jirinovski deyib.
O əlavə edib: “İndi Hillari nənə dincələ bilər”.