Vitse-prezident: ABŞ-ın sanksiyalarına baxmayaraq İran neft ixrac edəcək

Baxış sayı:
5143

ABŞ-ın sanksiyalarına baxmayaraq İran yenə də neft ixrac edəcək.

AZƏRTAC İRNA agentliyinə istinadla xəbər verir ki, bu barədə İranın birinci vitse-prezidenti İshaq Cahangiri deyib.

“ABŞ-ın sanksiyalarından sonra İranın neft ixracı gündəlik 1 milyon barreldən az olmayacaq. ABŞ rəsmiləri dünyaya və amerikalılara neftin qiyməti barədə yalan söyləyirlər. Əgər ABŞ İranın neft ixracını dayandıra bilsəydi neftin bir barrelinin qiyməti bu gün 100 dollara çatardı”, - deyə o bildirib.

Qeyd edək ki, ABŞ gələn aydan etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına da sanksiyalar tətbiq edəcək.