Vilayət Eyvazov onu "Ekologiya postu"na komandir TƏYİN ETDİ

Baxış sayı:
10756

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub. Muxalifet.az “Report”a istinadən xəbər verir ki, idarənin Ekoloji Nəzarət Bölüyünün komandiri vəzifəsinə polis mayoru Mərdan Mehdiyev təyin edilib. O, daha əvvəl idarəsinin 3-cü tağım komandiri vəzifəsində çalışıb. Qeyd edək ki, Daxili İşlər naziri Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, İdarənin Ekoloji Nəzarət Bölüyünün komandiri, polkovnik-leytenant Fuad Mayılov tutduğu vəzifədən azad edilib. V.Eyvazovun digər əmrinə əsasən, o, Sumqayıt Regional Qeydiyyat-İmtahan və texniki baxış şöbəsinin rəisi vəzifəsinə təyin olunub.